Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.