Xalq artisti Röya Ayxan artıq Bakıya qayıdıb. Müğənni bu barədə sosial şəbəkədə paylaşım edib.
Röya Ayxan Moskvada baş verən terror hadisəsi ilə bağlı gördüklərini media nümayəndələri ilə bölüşüb. Müğənni hadisədən çox qorxduğunu, bir neçə saat, ümumiyyətlə, danışmadığını deyib:
"Qarabağlı olmağıma baxmayaraq, mən belə bir şey yaşamamışdım. Yəni nə güllə səsi eşitmişdim, nə bütün bu faciələri görmüşdim. Onu bilirəm ki, məni nə qədər adam çox istəyirmiş. Azərbaycanlılara, bütün azərbaycanlı sənətkarlarıma təşəkkür etmək istəyirəm ki, məni axtardılar.