Sosial şəbəkələr, xüsusilə "TikTok"la bağlı narahatlıqlar artır. Bu sosial platformada əxlaqi, milli-mənəvi və ailə dəyərlərinə zidd davranıışlar sərgilənir.
Vəziyyət o həddə çatıb ki, bəzi vərtəndaşlar bu platformanın qadağan olunmasını istəyir.
Qeyri-etik sözlər, təhqir və söyüşlə dolu dialoqlar "TikTok"da sıradan bir səhnəyə çevrilib. Əfsuslar olsun ki, sosial şəbəkədə azyaşlılardan da istifadə edilərək paylaşımlar edilir.