Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xətai rayonunda piyadalar üçün quraşdırılmış işıqforlar işləmir - VİDEO

1 042
Paylaş:
Xətai rayonunda piyadalar üçün quraşdırılmış işıqforlar işləmir -       VİDEO

Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində piyadalar üçün quraşdırılmış işıqforların heç biri işləmir. Bu səbəbdən də piyadalar yolu keçmək istəyərkən təhlükə ilə üzləşirlər. Xezerxeber.az-ın məlumatına görə, sözügedən yoldan mütəmadi istifadə edən piyadalar deyirlər ki, işıqforlar uzun müddətdir işləmir. Onların sözlərinə görə, bu səbəbdən də ərazidə piyadavurma halları tez-tez baş verir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək. Problemin səbəbi dəqiqləşdirildikdən sonra həlli istiqamətində müvafiq addımlar atılacaq.

Paylaş:

Ən son xəbərlər