Tarixən badımcan Hindistanda yetişdirilməyə başlanıb.
İspanlar tərəfindən Avropaya gətirilən bir tərəvəzdir. Ölkəmizə də Avropadan gəlib. Badımcanı digər tərəvəzlərdən fərqləndirən mühüm xüsusiyyətlərdən biri tərkibində nikotin olmasıdır. Badımcanın faydaları və zərərləri nələrdir? Badımcan nəyə və hansı xəstəliklərə faydalıdır? Musavat.com sözügedən tərəvəz haqqında maraqlı faktları təqdim edir.
Badımcanın faydaları saysız-hesabsızdır. Badımcan xüsusilə sümük sağlamlığına müsbət təsir edir. Osteoporoz adlanan sümük əriməsinin qarşısını alır. Tərkibindəki bol dəmir sayəsində anemiyanın da qarşısını alır. Bəzi araşdırmalara görə, badımcanın xərçəngə qarşı müsbət təsiri də elm adamları tərəfindən ifadə edilib. Ümumiyyətlə beyin funksiyalarına da yaxşı təsir edir. Hətta yorğunluq və stress hissini azaltdığı da deyilir. Badımcanı digər tərəvəzlərdən fərqləndirən başqa bir xüsusiyyət də tərkibində xolesterin və doymuş yağların olmamasıdır.
Badımcan bir çox vitamin və minerallarla çox zəngin olan faydalı tərəvəzdir. Buna görə də badımcan istehlakı insan orqanizmi üçün bir nemətdir.
Badımcanın faydalarını aşağıdakı kimi sıralamaq olar:
Bol lif ehtiva edir və həzmsizlik kimi problemləri aradan qaldırır.
Ürək döyüntüsü kimi stresli xəstəliklərdə insanları sakitləşdirir.
Bədəndəki toxuma mayelərində yığılmış ödəmi aradan qaldırmaq və həmçinin diurez üçün vacib qida mənbəyidir.
Tərkibində çoxlu dəmir olduğu üçün anemiyadan əziyyət çəkənlər üçün qan istehsalını artırmağa kömək edir.