Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident BDU-ya rektor təyin etdi - SƏRƏNCAM
Pravda.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna əsasən, artıq Azərbaycanda dövlət ali təhsil müəssisəsinə rektor 5 il müddətinə təyin edilir. Elçin Babayevin 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmiş və səlahiyyət müddəti artıq başa çatmışdı.