Bu gün doğum gününü qeyd edən müğənni Roza Zərgərliyə efirdə gözlənilməz sürpriz olunub.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, 45 yaşını "Qonaqcanlı" verilişində qeyd edən sənətçini təbrik etmək üçün onun övladlığa götürdüyü oğlu Jerar studiyaya gəlib.
Jerarın gəlişindən bixəbər olan Roza onu qucaqlayaraq kövrəlib. Oğlundan gül dəstəsi alan Zərgərli "Bəs mənə deyirdin ki, ayağın əzilib?" deyə Jerara sual verib.