Boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq.
Xezerxeber.az-ın məlumatına görə, ölkədə boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib.
Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız tikililərlə bağlıdır. Əgər tərəflər nikah dövründə özbaşına tikili inşa ediblərsə, yeni qaydaya əsasən, boşanma zamanı ilk növbədə onların hər ikisinin burada yaşamaq imkanları nəzərdən keçiriləcək. Əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya biləcəklər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin tərəflər arasında bölünməsi baş verəcək.