Xətai rayonu Afiyyədin Cəlilov küçəsində ağır yol qəzası qeydə alınıb.
Əyləncə mərkəzinin məişət tuallantılarını yük maşınına yükləyən mənzil istismar sahəsinin əməkdaşı 51 yaşlı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı minik avtomobili vurub.
Zərbə zamanı yük maşınına çırpılan Məmməd Babakişiyev hər iki ayağından ağır xəsarət alıb.
Kliniki Tibbi Mərkəzə çatdırılan mənzil istismar sahəsinin əməkdaşı cərrahi əməliyyat edilib.