Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb.
Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, işə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd edilib. Pravda.az xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasında xəbəri təkzib edib.