Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. BAKU.WS-in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:
"Martın 24-də evim yandırıldı. Hansı ki, o mənzildə anam, bacım və 4 yaşlı oğlum var idi. Bu hadisədən bir həftə əvvəl tanımadığımız bir şəxs həyətimizə girirdi. Bu cinayəti törədən də, bu cinayətin sifarişçiləri də öz cəzalarının alacaqlar. Mən düşünürəm ki, bu mənim ailəmin canına qəsd, mənə isə gözdağı idi".
Naiblinin yayımladığı görüntülərdə yanan evin videosu da yer alıb.