Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.
Hadisə köhnə Ələt-Astara magistralının rayonun Babazanlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolda hərəkət edən “Ford” markalı mikroavtobus “Vita” markalı mikroavtobusla toqquşub.
Qəza nəticəsində 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Report