Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Xatırladaq ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.