Prezident İlham Əliyev mayın 21-də Ağstafa rayonuna yeni icra başçısı təyin edib.
Ölkə başçısının sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Pravda.az Seymur Orucovun dosyesini təqdim edir:
Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirib. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olunub və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.
2007-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işi müdafiə edib.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb..
2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək İqtisad Universitetində tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində faəliyyət göstərib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə, 4 aprel 2011-ci ildə isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
Seymur Orucov YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir. S.Möhbalıyev də Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qohumudur. Modern.az
Ağstafanın yeni icra başçısı Əli Həsənovun qohumudur