Böyük Britaniyanın Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, şokolad tromboz riskini azaltmağa kömək edir.
Tədqiqatda müxtəlif cinslərdən olan 42 sağlam könüllü iştirak edib. Onlardan xüsusi olaraq kakao ekstraktı ilə zənginləşdirilmiş bir neçə ədəd tünd şokolad yemək tələb olunub. Daha sonra könüllülər trombositlərin, yəni laxtalanmaya məsul olan elementlərin fəaliyyətini qiymətləndirmək üçün alimlərə qan nümunələrini təqdim ediblər. Məlum olub ki, kişilər qara şokolad yedikdən sonra onlarda daha çox azot oksidi əmələ gəlir. Bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını asanlaşdırır.