“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində məhkəmə iddiası qaldırılıb. İddia müqavilənin etibarsız hesab olunması tələbi üzrə qaldırılıb.
Belə ki, məhkəmə iddiası Vüsalə Asəf qızı Mənsimova tərəfindən irəli sürülüb.
Məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə aprel ayının 2-də saat 10:00-da keçiriləcək.