Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən "Gilan Holdinq"lə bağlı problemlər bitmir. Qaynarinfo xatırladır ki, 2022-ci ildə şirkətin nizamnamə kapitalı 98 483 064 AZN-dən 100 AZN-ə endirildi. Bir il sonra isə "Gilan Holdinq"in adı dəyişdirilidi. Şirkət "Xəzri Solutions" MMC kimi fəaliyyət göstərməyə başladı.
Lakin bu fəaliyyət uzun sürmədi. Bir neçə ay sonra şikrət ləğv olunduğu elan etdi. Hazırda "Xəzri Solutions" MMC ləğv prosesindədir.
Baş verənlər şirkətin Kəmaləddin Heydərovun nəzarətindən çıxması kimi şərh edildi. Bəzi mülahizələrə görə isə "Gilan Holdinq"lə bağlı proseslər şirkətin sadəcə əvvəlki fəaliyyət gücündə olmaması ilə əlaqədardır.