Azərbaycanda bacı-qardaş eyni vaxtda dünyanın nüfuzlu universitetlərinə qəbul olublar. Onlardan biri dünyanın ən məşhur universitetlərindən olan Harvarda, digəri isə Drexelə qəbul olub.
Söhbət 18 yaşlı bacı-qardaş Qəndab və Mehdi Məmmədovlardan gedir. Onlar eyni vaxtda arzularına çatıblar.
79 nömrəli tam orta məktəbin məzunu olan Qəndab Məmmədova qəbul olunduğu universitetdə Astrofizika ixtisası üzrə təhsil almaq istəyir. O, əvvəllər də uğurları ilə diqqət çəkib, müxtəlif yerli və beynəlxalq olimpiadalarda dərəcə qazanıb.