Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur.
Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Ancaq qara zirənin bütün faydalarından faydalanmaq üçün onu acqarına istehlak etmək lazımdır. Musavat.com xəbər verir ki, səhərlər ac qarına istehlak edilən qara zirənin güclü təsirlərə malik olduğu açıqlanıb.
Qara zirə Azərbaycan mətbəxində də ən çox istehlak edilən bitkilərdən biridir. Bir az acı və kəskin dadı olan qara zirə, tərkibindəki güclü qida dəyəri sayəsində sağlamlığımız üçün ən müalicəvi mənbələrdən biridir.
Lif, dəmir və zülal baxımından zəngin olan qara zirə xəmir, salat və qəlyanaltılarda tez-tez istifadə olunur. Ancaq qara zirəninin acqarına yeyilməsi təsəvvür belə edə bilməyəcəyiniz qədər faydalardır.