Bakıda vətəndaş reabilitasiya mərkəzində seans qiymətinin birdən-birə qaldırılmasından gileylənir. Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Ülviyyə Yusifova övladının müalicəsi üçün ayrılan pulun qaytarılmadığını qeyd edib:
“Mənim qızım Aytən Qurbanova 8 yaşı var. Anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir. Üç dəfə ağır əməliyyat keçirib. Əməliyyatdan sonra həkimimiz reabilitasiya yazdı.
Biz Bakı şəhəri Nərimanov rayonu Aşıq Molla cümə 44 b ünvanında yerləşən ARS reabilitasiya mərkəzinə müraciət etdik. Qızım orda çalışan həkim Rəşid Muradov tərəfindən müayinə olundu. Və reabilitasiyasına başladıq, bir günlük seansı 30 manatdan reabilitasiyasına başladıq. 10 oktyabr tarixində qızımın reabilitasiya üçün ARS reabilitasiya mərkəzinə 900 manat ödəniş etdik.