Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində aşkarlanan yaşyarımlıq uşağa aid meyitin Zeynəb Yeşilə məxsus olduğu müəyyən edilib.
Meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Uşağın nənəsi Azadə Abdullayeva deyir ki, atası Z.Yeşili gəzməyə apardığını deyib: “Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. Atası telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin, acıq edib uşağı dostunun yanına aparıb”.