"Space" televiziyasının canlı efirində gözlənilməz hadisə yaşanıb.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunan "1918-ə gedən yol" verilişində qonaq olan yaşlı alimin canlı efirdə qəfil halı pisləşib.
Sözügedən proqramın aparıcısı Amil Xəlil alimə sual verərkən özünü pis hiss edib. Bunu görən Amil dərhal alimin yanına gələrək onu yıxılmaqdan qoruyub.