Bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyacanlı xəbərlərdir.
Bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.
Rektor bildirib ki, bir çox xəstəxanalarda xəstələr aylarla, illərlə qalır: "Qanunvericiliyə əsasən, üç həkimdən ibarət komissiya xəstənin qohumunun icazəsi olmadan da onu evə buraxa bilər. Amma həkimlət bunu edə bilmir. Çünki qohumlar həkimlərə hədə -qorxu gəlir. Həkimə deyirlər ki, o bir hadisə törətsə buna cavab verəcəksizmi? Hətta onların pensiya kartlarını da özlərində saxlayırlar".
"Bu gün dövlət tibb müəssələrində 201 nəfər psixiatr çalışır. Əvvəllər bu rəqəm 533 nəfər idi. Üç ilə cəmi yeddi nəfər psixiatr hazırlaya biləcəyik ki, onlardan da 5- i qadındır"- rektor əlavə edib.
Report