Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı məktəbində şagirdlər arasında insident: Boğazına xəsarət yetirdi

1 160
Paylaş:
Bakı məktəbində şagirdlər arasında insident: Boğazına xəsarət yetirdi

Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:

“Faktla bağlı araşdırma aparılır”.

Paylaş:

Ən son xəbərlər