Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Aydın Kərimova yüksək vəzifə verildi - SƏRƏNCAM

2 245
Paylaş:
Aydın Kərimova yüksək vəzifə verildi -     SƏRƏNCAM


Prezident İlham Əliyev Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Pravda.az xəbər verir ki, sərəncamla Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilir.

Həmçinin, “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:

Ən son xəbərlər