1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə olan şəxs 27.03.2024-cü il tarixində saat 16:58-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilib. TƏBİB-dən Modern.az-a bildirilib ki, pasiyent qeysəriyyə əməliyyatı olunub və cinsi qız, boyu 41 sm, çəkisi 1 kq 300 qram olan uşaq dünyaya gətirib.
Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 01.04.2024-cü il saat 08:30-da kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.