Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

928
Paylaş:
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Mini Bentley”markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər