Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Pravda.az-a bildirilib ki, “Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan Cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.