Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Tbilisidə deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilən yaşayış komplekslərinin adları açıqlandı - SİYAHI - FOTO

1 386
Paylaş:
Tbilisidə deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilən yaşayış komplekslərinin adları açıqlandı -     SİYAHI - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevə məxsus olduğu bildirilən yaşayış komplekslərinin adları açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

1. Tbilisi, Niko Keçoveli küçəsi 16 "Horizon Gldani" yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);

2. Tbilisi, Abai küçəsi 5 "Horizon Temka" yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);

3. Tbilisi, Graf Şulenberq küçəsi "Horizon Gldani-2" yaşayış kompleksi (2019-cu ildə tamamlanıb).

Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. 

Şirkət 2015-ci ildə Tbilisidə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.

Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlakşirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Paylaş:

Ən son xəbərlər