BURADA REKLAMINIZ OLA
BİLƏR

PA şöbə müdiri: Rəqəmsallaşmada vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir

Bu gün bütün sahələrdə rəqəmsallaşma gedir. Qanunçuluq, insanların hüquq və azadlıqları hər zaman qorunmalıdır.

 

Bunu Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, rəqəmsallıq bəzi risklər əmələ gətirə bilər: "Bu sahədə müəyyən qorunmalar lazımdır. Elektron rəqəmsallaşma ilə bağlı bəzi məsələlər ortaya çıxır".

 

G.Kərimov bildirib ki, vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət tətbiqi metodlarının rəqəmsallaşdılması ilə yanaşı yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş prokurorluğun üzərinə düşür. Gələcəkdə qanunvericilik layihələrinin hazırlanmasında dövlətin hüquq siyasəti, qanunvericiliyin inkişaf istiqamətləri nəzərə alınmalıdır”.

 

APA

Tarix: 2 Aprel 2024, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin