Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yenidən ajiotaj yaranıb. Muxtar respublikanın sabiq rəhbərinin Novruz bayramını ailə üzvləri ilə birlikdə İstanbulda keçirməsindən sonra onun personasına maraq bir qədər artıb. 2022-ci ilin dekabrından sonra ilk dəfə Naxçıvanı tərk etməyə müvəffəq olan keçmiş “xan” bunu yaxın ətrafına qələbə kimi sırımağa çalışır. Qohumlarının və sayı günbəgün azalan tərəfdarlarının Talıbovun bu “qələbəsindən” ruhlandığı, hətta ağlasığmaz iddialarla çıxış etməyə başladıqları bildirilir.
Muxtar respublikadakı mənbələrdən aldığımız məlumata görə, son günlər Vasif Talıbovun adı naxçıvanlıların dilindən düşmür. Talıbovun və yaxın çevrəsinin təbliğatına inanan xeyli adam onun mərkəzi hakimiyyətlə münasibətləri düzəltdiyini düşünür. Bu müzakirələr fonunda ortaya ağlasığmaz iddialar çıxıb.