2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəyən illik ziyan 6 trilyon, aylıq 500 mlrd., həftəlik 115.4 mlrd., saatda 684.9 mln., dəqiqədə 11.4 mln., saniyədə 190.000 ABŞ dolları dəyərində qiymətləndirilir. 2023-cü ildə qlobal miqyasda dəyən ziyanın nəticələri isə hələ rəsmi olaraq açıqlanmayıb.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, Checkpoint (Çekpoint) şirkətinin hesabatına əsasən 2023-cü ildə təhsil və tədqiqat müəssisələri (İnstitutlar) ən çox hədəflənən sektor olaraq qalmışlar, bununla yanaşı səhiyyə sektoruna hücumlar əvvəlki illə müqayisədə 74% artıb: