BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçqınların və məcburi köçkünlərin statusları dəyişə bilər


“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanun layihəsinə yenidən baxılmalıdır”.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında çıxışı zamanı deyib.

 

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanun layihəsinə yenidən baxılmalıdır. Hesab edirəm ki, bu zaman Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra sözügedən qanuna yenidən baxmaq zərurəti yaranıb. Qanunun daha işlək olması üçün aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik”.

 

Report

Tarix: 2 Aprel 2024, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin