BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Milli Məclisdə məsələ sərəncamla həll edilmir"

“Azərbaycan parlamentinin bu 4 illik tarixi də ölkənin siyasi tarixinin ən şərəfli səhifələrindən biridir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fəzail İbrahimli deyib.

 

Deputat bildirib ki, Milli Məclisdə məsələ sərəncamla həll edilmir. Bunun bir yolu var, o da seçkilərdir, seçkilərin də sərəncamını xalq verir. Parlamentin buraxılmasının mənası budur. icraedici orqanlarda dəyişikliklər sərəncamla baş verir, Milli Məclisin yenilənməsi barədə qərar isə seçicinin əlindədir. 4 il öncə Azərbaycanda mövcud olan struktur indi mövcud deyil. Prezident Administrasiyasındakı struktur dəyişiklikləri məlumdur, hüquq-mühafizə sahəsində dəyişikliklər baş verib. Qanunvericilik sahəsində deputatların iştirakı ilə böyük islahatlar paketi qəbul edilib”

 

F. İbrahimli əlavə edib ki, parlamentin buraxılması onun yox, Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsüdür, bu təşəbbüsü dəstəkləyib: “Parlamentdə kifayət qədər dəyişikliklər ola bilər, yeni qüvvələr gələ bilər. Bu da mümkündür ki, yeni parlamentin özündə də kifayət qədər mühafizəkarlar, islahatlarla ayaqlaşa bilməyənlər olsun, amma bu, artıq xalqın seçimi olacaq, hörmətlə yanaşılmalıdır. Kiminin daxilində mühafizəkarlıq var, keçmişə baxış var, vaxtılə birinci katib olmuşlar bu dəyişəkliləri necə alqışlaya bilər? Ciddi maneələr var. Sovet imperiyasından ayrılmış ölkəyik, bunun hələ qalıqları qalmaqdadır. Mənim özüm elə, sovet ideologiyasında böyümüş insanam, elə məsələlər var ki, ayağımın birini irəli, birini geri qoyaraq qəbul edə bilirəm... Güman edirəm ki, xalqın seçimi düzgün olacaq, parlament formalaşacaq. Parlamentin buraxılması Azərbaycanın tarixində ilk dəfə olduğuna görə təəccüblə qarşılanır”.Turan

 

Tarix: 3 Dekabr 2019, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin