Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə tibbi nəzarət altındadır.

Pravda.az xəbər verir ki, bu barədə Moskvanın tibb dairələrindəki mənbə bildirib.

“Kadırovda koronavirus şübhəsi yaranıb. O, həkimlərin nəzarətindədir”, - deyə mənbə qeyd edib.

Başqa bir mənbənin məlumatına görə, bu gün Qroznıdan Moskvaya çarter reysi ilə A-319 təyyarəsi uçub. Göyərtədə kimin olması barədə isə məlumat verilmir.Qafqazinfo