Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Nərimanov RİH-dən əsas divarlarının dağıdıldığı iddia edilən yaşayış binası ilə bağlı AÇIQLAMA

1 025
Paylaş:
Nərimanov RİH-dən əsas divarlarının dağıdıldığı iddia edilən yaşayış binası ilə bağlı     AÇIQLAMA

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 küçəsində yerləşən yaşayış binansının ana divarlarının sökülməsi ilə bağlı iddiaya münasibət bildirib.

Pravda.az Nərimanov RİH-in mövqeyini təqdim edir: 

"Qeyd olunan ünvana baxış keçirilmiş, yükdaşıyıcı divarların sökülməsi faktı təsdiqini tapmamışdır. Mənzilin mövcud texniki göstəricilərinə uyğun vəziyyətdə qeyri-yaşayış sahəsi kimi istifadəsi zamanı sanitar və yanğından mühafizə normalarına riayət olunması, giriş pilləkənlərinin qarşısındakı səki hissədə piyadaların sərbəst hərəkəti üçün şəraitin təmin olunması barədə obyekt sahibinə və əlaqədar qurumlara tapşırıq verilmişdir".

Paylaş:

Ən son xəbərlər