Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.