Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Klerk Teqo Huqo 30 mart 2024-cü il gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.