Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.
Söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir.
0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.
Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.