Xalq artisti Mələkxanım Eyubovanın evində toy olacaq. 


Axşam.az xəbər verir ki, xanəndənin qızı Nəzrin ailə qurur. Nəzrin müğənni Mərdan Kazımovla nikah masasına oturacaq. 


Cütlüyün toy məclisi aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək.


Nəzrin özü isə gəliklik geyimləri seçərkən görüntülərini yayımlayıb.


Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.