BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dən məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şahirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan ki, hazırda araşdırmalar davam etdirilir.

 

Hadisə barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də açıqlama yayıb.

 

Bildirilib ki, aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb.

 

Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.

 

Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Tarix: 3 Aprel 2024, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin