"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.
Metronun "Həzi Aslanov-Dərnəgül" qatarında nasazlıq yarandı
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib: "Yaranmış problem qısa müddətdə aradan qaldırılıb".