Xalq artisti Flora Kərimova gözlərində uğursuz əməliyyat edildiyini deyib.
Sənətkar “İlkin xəbər” verilişinə müsahibəsində eynək taxmaqdan şikayətlənib:
“Bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Faktiki, bu adam məni şikəst edib”.