“Mənim üçün Azərbaycanda iki ulduz var. Biri Aygün Kazımova, digəri isə Röya Ayxandır”. Bu sözləri müğənni Sərxan Kərəmoğlu “Həmin Zaur” verilişində səsləndirib. O, hazırda müğənni olaraq faəliyyət göstərən xanım ifaçılardan da söz açıb:
“Deyilə bilər ki, müstəqillik dövründə boşluğa düşüb, çox tanınanlar var. Amma boşluq deyildi. Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, daha sonra isə gələn Röyadır ki, onların oxuduqları mahnılar əsl Azərbaycan estradasıdır. Hazırda ifaçılar ancaq toylar, el şənlikləri, ad günləri, konsertlər üçün oxuyur. Çünki bizim başqa qazanc yerimiz yoxdur. Bilirik ki, bunu etməsək, kimsə bizə qazanc verməyəcək. Ona görə də, indiki gələn o qızlar ki var, hamı qınayır, qısqanclıq gözü ilə baxır, onlar çox ağıllı iş görürlər. Çünki onlar çox gözəl bilir ki, bir neçə il sonra olmayacaqlar. Qazandıqlarını yığmalıdırlar. Strategiyaları çox düzgündür. 70 yaş civarında olan müğənnilərimiz var, iki otaqlı evdə yaşayırlar, yeməyə çörəkləri belə yoxdur. İndiki qızlar isə çox düzgün yol tutublar, doğru edirlər. Toya gedirəm, toyda mənim qonağımı əyləndirəcək adam lazımdır. İstər aparıcı olsun, istər musiqiçi.. Bəzi aparıcılar toylarda mikrofonu əlinə alıb, zay-zay danışmağa başlayırlar. Sənə camaat pul verib gətirir ki, problemlərdən çıxan qonaqları əyləndirəsən. Sən kimə ağıl verirsən?”