Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
Müğənni yayımladığı videomüraciətində saxlanılması barədə Rusiyanın "ВЧК-ОГПУ" Teleqram kanalının yaydığı məlumatı təkzib edib.
O, hazırda Moskvada olduğunu bildirib və əlavə edib ki, aprelin 10-dan sonra Azərbaycana qayıdacaq.
APA
***
15:10
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
Bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, R.İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
APA