Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib.
Pravda.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib. Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanında yerləşən onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə peyk antenası götürülərək mümkün fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.