Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Fahim Muradov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib.