Dünyada ən çox satılan qidalar sırasında fastfud, içkilərdən isə qazlı olanlar liderdir. Ekspertlər iddia edirlər ki, sümüklərin möhkəmliyi və sıxlığına qida və içkilərin təsiri var. Belə ki, qanda fosforun səviyyəsi həddən artıq yüksək olduqda orqanizm kalsiumu sümüklərdən, dişlərdən alıb qana atır. Bu da sümüklərin boşalmasına səbəb olur. Elm adamlarının sözlərinə görə, son zamanlar kalsiumu sümüklərdən yuyub-aparan səbəblərdən biri də duzlu qidalar və qazlı içkilərdir. Çox miqdarda duz - natrium kalsiumun orqanizmdən sovrulmasını artırır, turşu mühit yaradır. Mütəmadi qazlı su içənlərin sümükləri isə tez kövrəkləşir, ümumi sümük kütləsi azalır, bu da orta yaşlarda fəsadlara gətirib çıxarır.
Çin və ABŞ alimləri daha çox qazlı və şəkərli içkilər üzərində tədqiqat aparırlar. Onların fikrincə, şəkər istehlakı ilə xərçəng xəstəlikləri arasında əlaqənin olma ehtimalı yüksəkdir. Gündə bir şüşə şirinləşdirilmiş içkinin koronar ürək xəstəliyi riskini 17%, ölüm riskini 4% artırdığı iddia olunur.
Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Həmçinin, onların tərkibinə şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddət saxlamaq üçün lazımi maddələr də daxildir.
Rusiyanın məşhur ürək cərrahı Leo Bokeriya isə qazlı içkiləri tövsiyə edir. Onun sözlərinə görə, insanın mədə-bağırsaq sistemində iki cür mikroblar olur - aerob və anaerob. Qazlı su içəndə həmin mikrobların yarısı məhv olur, çünki bu cür içkilərin tərkibində oksigenin miqdarı çoxdur və məhz həll olunmuş oksigen tez ayrılır və mikrobları öldürür.
Maraqlıdır, bu dilemmada düz olan hansıdır? Gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza yaxşı, yoxsa pis təsir göstərir?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, qazlı içkilərin orqanizmə təsiri onun tərkibindən asılıdır: