Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Yasamalda 15 min manatlıq qızıl və telefon oğurlayan şəxs saxlanıldı
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.