Vaxtilə yüzlərlə insanın əmək fəaliyyəti ilə məşğul olduğu müəssisələr indi xarabalığı xatırladırlar. Xezerxeber.az-ın məlumatına görə, paytaxt Bakının bir çox ərazilərində sadəcə dörd divarları və içindəki tozlu xatirələri qalan, fəaliyyətini dayandırmış müəssisələrin binaları var.
Gecələr isə daha çox narkotik istifadəçilərinin üz tutduğu belə yerlərin sayı çoxdur.
Gələk Bakının mərkəzinə, Yasamal rayonu, Dilarə Əliyeva küçəsindəki bir əsrdən çox yaşı olan Fantaziya hamamına...